AZ

Zəhərli yosunlar İspaniyanın çimərliklərini zəbt edir

Aralıq dənizi və Atlantik okeanı sahillərində qəhvəyi-yaşıl rəngli "Rugulopteryx okamurae" yosununun sürətlə yayılması qeydə alınıb. 

HİTaz xəbər verir ki, yayılan pis qoxu yayır və İspaniyanın çimərliklərinə böyük miqdarda çökərək ciddi ekoloji və sanitariya problemləri yaradır.

Asiya mənşəli bu yosun ilk dəfə 2015-ci ildə Cəbəllütariq boğazında müşahidə edilib - ehtimal edilir ki, yük gəmiləri ilə gətirilib. O vaxtdan bitki sürətlə yayılır və sahil ekosistemlərinə təhlükə yaradır.

May ayından bəri Əndəlüs bölgəsindəki La Kaleta çimərliyindən 1200 ton yosun təmizlənib. Yerli KİV-lərin məlumatına görə, bir gün ərzində 78 ton yosun yığılıb.

Ekspertlər yosunun yayılma sürəti qarşısında şoka düşüb və aciz olduqlarını etiraf ediblər. Avropada bu yosunun təbii düşməni olmadığından onunla mübarizənin effektiv üsulu yoxdur. Alimlər bitkini yeməli olan dəniz kirpilərini sınaqdan keçirsələr də, nəticə verməyib: yosunlar çox miqdarda idi. Üstəlik, yosun özünü yemədən qorumaq üçün zəhərli molekul ifraz etdiyindən çoxlu dəniz kirpisi həlak olub.

İndi Əndəlüsün regional hökuməti yaxınlaşan ekoloji fəlakətin qarşısını almaq üçün "Rugulopteryx okamurae Yosunu İdarəetmə Planı" adlı eksperimental tədbir qəbul edib. Yosunun tam məhv edilməsi gerçəkçi hesab edilməsə də, mütəxəssislər onu iqtisadi məqsədlər üçün emal etmək istəyirlər. Bunun üçün hökumət xüsusi eksperimental bioreaktorun tikintisini belə təsdiq edib — məqsəd mayalanan yosunlardan istilik və ya elektrik enerjisi əldə etməkdir.

Samir


 

Seçilən
5
hit.az

1Mənbələr