52 ölkənin təmsil olunduğu III illik Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya təsirini araşdıraraq etika, media savadlılığı və qlobal əməkdaşlığa ehtiyacı önə çəkib.
“Report” xəbər verir ki, bu barədə “Euronews” nəşrinin III Şuşa Qlobal Media Forumu haqqında dərc etdiyi “III Şuşa Qlobal Media Forumunda Süni İntellekt diqqət mərkəzindədir” sərlövhəli materialda qeyd olunub.
Bildirilib ki, III Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya artan təsirini araşdırmaq üçün 52 ölkədən 140-dan çox nümayəndəni bir araya gətirib:
“Müzakirələr zamanı dezinformasiya, məsuliyyətli süni intellekt inkişafı və bütün dünyada media savadlılığının artırılması zərurəti də daxil olmaqla problemlər müzakirə olunub.
Aparıcı xəbər agentliklərinin, texnoloji firmaların və akademik qurumların məruzəçiləri bu günün sürətlə dəyişən informasiya mühitində dayanıqlığı artırmaq üçün daha güclü transsərhəd əməkdaşlığa çağırıblar.
Ev sahibi ölkə Azərbaycan üçün Forum həmçinin qlobal tendensiyaların formalaşmasında regionun genişlənən rolunu, süni intellektə uyğunlaşma və media bütövlüyünü gücləndirmək öhdəliyini nümayiş etdirdi”.