AZ

Yayda dieta saxlamaq olmaz

İsti yay günlərində necə qidalanmaq insanları maraqlandırır. 

Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, isti yay günlərində insanın iştahı azalır:

“Yayda insanlar tez yorulur, halsız olur. Bu səbəbdən də yay günlərində su qəbulu vacibdir. Yayda ağır yemək olmaz, yalnız yüngül yeməklər seçilməlidir. İsti havalarda yalnız su içmək deyil, həm də su ilə zəngin qidaların – qarpız, xiyar, çiyələk, pomidor və digər mövsümi məhsulların – rasiona daxil edilməsi vacib hesab olunur. Bu həm bədənin susuz qalmasının qarşısını alır, həm də əlavə vitamin və lif təminatı baxımından əhəmiyyətlidir. Yayda güclü qida qəbul edilmədiyi üçün diet saxlamaq məsləhət deyil”.

Sevinc

Seçilən
17
10
hit.az

10Mənbələr