Rusiya prezidenti Vladimir Putin Kremldə Suriya Keçid Hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əş-Şəbanini və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.
Suriyalı nazir bu yaxınlarda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüş zamanı Dəməşq nümayəndəsi bəyan edib ki, Suriya hakimiyyəti respublikanın birliyinin bərpası prosesində Rusiya Federasiyasını öz tərəfində görmək istəyir.