"Neftçi"də növbəti ayrılıq yaşana bilər.
Edvin Kuç "ağ qaralar"ı tərk edənlərə qoşula bilər.
Səbəb baş məşqçi Samir Abasovun yeni mövsümlə bağlı planında onun əsas fiqur kimi yer verməməsidir.
31 yaşlı legioner bu durumundan məmnun deyil.
Monteneqro millisinin üzvünün gedişi Abasovun da ürəyincədir.
Amma bu ayrılıq heç də asan başa gələnə oxşamır.
Kuçun hazırda 2027-ci ilin yayında başa çatacaq müqaviləsi var.
Təzminat məsələsində anlaşmaq mütləq şərtdir.
Hazırda tərəflər arasında bu yöndə söhbətlər davam edir.
Orta sahə oyunçusu 2024-cü ilin yayından "Neftçi"də çıxış edir.
O, arxada qalan müddətdə keçirdiyi 32 görüşdə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ