Fransanın “Marsel” klubu qabonlu hücumçu Pyer-Emerik Obameyanqın transfer edib.
90deqiqe.Az xəbər verir ki, 36 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Lakin mətbuatda yayılna məlumata görə, hücumçunun 2027-ci ilin iyununa qədər müqavilə imzaladığı bildirilir.
Obameyanq daha əvvəl də “Marsel”in formasını geyinmişdi — o, 2023/2024 mövsümündə Fransa klubunun heyətində çıxış etdikdən sonra Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubuna transfer olunmuşdu.
Səudiyyə Pro-Liqasının 2024/2025 mövsümündə “Əl-Qadisiyyə”nin heyətində 32 oyuna çıxan təcrübəli hücumçu 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Səudiyyə Ərəbistanı Kubokunda 4 oyun keçirərək 4 dəfə fərqlənib.
Transfermarkt portalına əsasən, Pyer-Emerik Obameyanqın hazırkı bazar dəyəri 3,5 milyon avrodur.