AZ

“Tribunalarda olmaq, sadəcə, arzuolunan deyil, vacibdi”

İlk oyunda evdə “Aris”i 2:1 hesabı ilə üstələyən “Araz-Naxçıvan” Yunanıstan mediasının diqqətini cəlb edib.

Belə ki, “Aris” avrokuboklarda debüt edən naxçıvanlıları rahat keçəcəyini düşünürdüsə, artıq fikirlər alt-üst olub. Klub saytında azarkeşlərə çağırış yer alıb:
“Aris” 1:2 hesabından sonra vəziyyəti dəyişməyə və Konfrans Liqasının növbəti mərhələsinə vəsiqəni qeyd etməyə çalışır. Təkcə futbolçular və texniki heyət yox, ictimaiyyət də buna çalışmalıdı. Hamı komandaya dəstək olmalıdı. Tribunalarda olmaq, sadəcə, arzuolunan deyil, vacibdi. Artıq biletlərə tələbat artıb, Hər şey oyun günü yaxınlaşdıqca sürətin daha da güclənəcəyini göstərir. Cümə axşamı günortadan sonra sarı və qara geyinərək, klubu dəstəkləyin. Stadionumuz Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində cümə axşamı “Araz”la oyuna qızğın hazırlaşır.

Stadionunda böyük tamaşaçı kütləsinin olacağını gözləyən “Aris” azarkeşlərini qarşılamağa hazır olmaq üçün meydançanın daxilində və xaricində işlər aparır. “Araz”la cavab görüşü yaxınlaşır və Uzunidis istədiyi nəticəni əldə etmək üçün planlar qurur ki, bu da qələbədən başqa bir şey deyil. “Aris” məşqçisi artıq meydana çıxacaq 11 nəfərlə bağlı son sınaqlara başlayır. Start heyətində bəzi dəyişikliklər edəcəyi gözlənilən yunanıstanlı məşqçinin niyyətləri növbəti məşqdə açıqlanacaq. Planında bütün mövqe dəyişiklikləri üçün adlar var. Müdafiə, mərkəz, hücum... Baş məşqçi həll yolları axtarır və matçda qələbə üçün daha çox enerji və təravətə sahib olan 11 nəfər start heyətinə düşəcək”.

Xatırladaq ki, iyulun 31-də keçiriləcək cavab oyunu Bakı vaxtı ilə 22.15-də başlayacaq.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
15
football-plus.az

1Mənbələr