ABŞ bu həftə Ukraynada sülh yoluna dair qarşılıqlı anlaşmaya nail olmaq məqsədilə Rusiya nümayəndələri ilə əlaqə saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Vaşinqton rus tərəfi ilə əməkdaşlığı davam etdirir.
“Artıq bu həftə, bazar ertəsi və ya çərşənbə axşamı, bizim onlarla tammiqyaslı söhbətimiz oldu. Bu danışıqlar Putinlə deyil, onun yüksək vəzifəli nümayəndələrindən bəziləri ilə baş tutdu. ,” — deyə Rubio vurğulayıb.
Dövlət katibi əlavə edib ki, məqsəd mümkün sülh yoluna dair qarşılıqlı anlaşmanın əldə olunması idi. Lakin amerikalı tərəf bu istiqamətdə heç bir irəliləyiş görməyib.