Bakı. Trend:
"Euronews" televiziya kanalı III Şuşa Qlobal Media Forumu iləbağlı reportaj hazırlayıb.
Trend xəbər verirki, reportajda qeyd olunur ki, Şuşada 52 ölkənin təmsil olunduğumedia forumunda süni intellektin jurnalistikaya təsirindəndanışılıb, etika, media savadlılığı və qlobal əməkdaşlığınvacibliyinə diqqət yetirilib.
"III Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikayaartan təsirini müzakirə etmək üçün 52 ölkədən 140-dan çoxnümayəndəni bir araya toplayıb. Müzakirələr zamanı dezinformasiya,süni intellektin məsuliyyətli inkişafı və bütün dünyada mediasavadlılığının artırılması zərurəti kimi məsələlərə toxunulub.
Aparıcı xəbər agentliklərindən, texnologiya şirkətlərindən vəakademik institutlardan olan natiqlər bugünkü sürətlə dəyişəninformasiya mühitində davamlılığı gücləndirmək üçün daha sıxbeynəlxalq əməkdaşlığa çağırıblar.
Ev sahibi olan Azərbaycan üçün bu forum, həmçinin qlobalnarativləin formalaşmasında regionun artan rolunu, həmçinin süniintellektə uyğunlaşma və media bütövlüyünü gücləndirmək öhdəliyininümayiş etdirdi", - deyə reportajda bildirilib.