AZ

"Sabah" böyük hesablı qələbə ilə növbəti mərhələyə yüksəldi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah”la Moldovanın "Petrokub" komandası arasında keçirilən cavab oyunu başa çatıb.

Moderator.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil edilən görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində qolları Coy Lens Mikels ( 3 qol) və Pavol Şafranko vurublar.

İlk oyunda da "Petrokub"u 2:0 hesabı ilə üstələyən Azərbaycan Kubokunun son qalibi adını III təsnifat mərhələsinə yazdırıb.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, "Sabah" növbəti raundda “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

Seçilən
14
50
moderator.az

10Mənbələr