AZ

Türkiyə ilə Qabon arasında bir neçə saziş imzalanıb

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qabon Prezidenti Bris Kloter Oliqi Nqemanın iştirakı ilə iki ölkə arasında bir neçə saziş imzalanıb.

TurkicWorld xəbər verir ki, bu çərçivədə "Türkiyə Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında Hərbi Təhsil üzrə Əməkdaşlıq Sazişi", "Hərbi Sağlamlıq Sahəsində Təhsil və Əməkdaşlıq Protokolu" və "Nağd Yardımın Tətbiqi Protokolu" Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər və Qabonun Müdafiə naziri Briqit Onkanova tərəfindən imzalanıb.

"Türkiyə Respublikası Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında Enerji Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Qabonun Su və Enerji Təchizatı naziri Filipp Tonanqoye imzalayıb.

"Türkiyə Respublikası Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında Hidrokarbonlar Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu da Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Qabonun Neft və Qaz naziri Sosten Nqema imzalayıb.

"Türkiyə Respublikası Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında Mədənçilik Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" isə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Qabonun Xarici İşlər naziri Mişel Rejis Onanqa Ndiaye tərəfindən imzalanıb.

"Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi ilə Qabon Respublikasının Xarici İşlər Nazirliyi arasında Protokol Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və "Təhsil, Peşə, Texniki Təhsil və Tədris Sahələrində Əməkdaşlıq Sazişi"ni isə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qabonun xarici işlər naziri Mişel Rejis Onanqa Ndiaye imzalayıb.

Qeyd edək ki, Nqema Türkiyəyə rəsmi dövlət səfəri çərçivəsində gəlib və Ankarada Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Kompleksində rəsmi mərasimlə qarşılanıb.

Seçilən
18
turkic.world

1Mənbələr