AZ

"Sabah"ın baş məşqçisi: "Sabah"la cavab oyununda riskə getməli olduğumuzu bilirdik"

"Petrokub" "Sabah"la matçda riskə gedib.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"a (Moldova) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

"Sabah"ı növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edirəm. İlk oyundan sonra çətin vəziyyətə düşdük. Cavab qarşılaşmasında riskə getməli olduğumuzu bilirdik. Təəssüf ki,bu, bizdə alınmadı və ardıcıl 2 qol buraxdıq".

Qeyd edək ki, Əlincə stadionunda keçirilən “Sabah” - “Petrokub” matçı ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.

Seçilən
6
1
report.az

2Mənbələr