BAKI. 31 iyul. TELEQRAF
"Rəqibi mərhələ adladığına görə təbrik edirəm”.
Teleqraf xəbər verir ki, bunu Moldova "Petrokub"unun baş məşqçisi Şota Maxaradze Bakıda "Sabah"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssisin sözlərinə görə, İlk oyundan sonra komandası çətin duruma düşüb: "Bu gün də bir az daha çox riskli oynamağa məcbur idik".