BAKI. 31 iyul. TELEQRAF
“Öncə hər kəsi - azarkeşləri, futbolçuları və rəhbərliyi təbrik edirəm”.
Teleqraf xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas evdə Moldova "Petrokub"una 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssisin sözlərinə görə, hər şey komandasının əlində idi: "İlk oyunda qazanılan 2;0 hesablı qələbə bizi rahatlaşdıra bilər deyə narahat idim”.