"Təbii ki, bu cür məğlubiyyət almaq xoş deyil".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Petrokub"un (Moldova) baş məşqçisi Şota Makaradze UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"a qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

"Sabah"ı təbrik edirəm. Birinci oyundan sonra çətin vəziyyətə düşdük. Hər iki oyunda məğlub olduq. Düşünürəm ki, kifayət qədər yaxşı komandamız var. Ancaq futbolda belə məqamlar da olur. "Sabah"a uğurlar arzulayıram".

Qeyd edək ki, "Sabah" Masazırdakı matçda "Petrokub"u 4:1, səfərdə isə 2:0 hesabı ilə məğlub edib.