AZ

Zaporojyedə avtomobilə hücum nəticəsində üç nəfər həlak olub

Zaporojye vilayətinin Poloqov bələdiyyə dairəsində avtomobilə edilən hücum nəticəsində üç nəfər ölüb, onlardan biri 14 yaşlı yeniyetmədir.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yevgeni Balitski "Telegram" kanalında məlumat verib.

“Poloqov bələdiyyə dairəsində mülki avtomobilə qarşı törədilən terror aktı nəticəsində 1984-cü il təvəllüdlü qadın, onun 14 yaşlı oğlu və 1971-ci il təvəllüdlü daha bir qadın həlak olub. Avtomobili idarə edən 1978-ci il təvəllüdlü kişi isə ağır xəsarət alıb”, – deyə qubernator bildirib.

Seçilən
33
4
apa.az

5Mənbələr