AZ

İsrailin Sloveniyadakı səfiri nazirliyə çağırıldı

Sloveniyanın Xarici İşlər Nazirliyi İsrailin Sloveniyadakı səfiri Rut Koen Darini nazirliyə çağırıb. Metbuat.az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi X sosial media hesabında açıqlama verilib. Açıqlamada deyilir ki, İsrailin Sloveniyadakı səfirinə Qəzzadakı vəziyyətlə bağlı etiraz edilib.

Açıqlamada, “Sloveniya Xarici İşlər Nazirliyi diplomatik təşəbbüslə çıxış edib və İsrailin Sloveniyadakı səfirini Qəzzaya təcili humanitar yardımın əldə edilməsinin məhdudlaşdırılması nəticəsində baş verən dözülməz humanitar fəlakətə etiraz etmək üçün nazirliyə çağırıb. Sloveniya İsraili qətlə yetirməyə və mülki aclığa dərhal son qoymağa çağırır” - deyə bildirilir.

Seçilən
33
metbuat.az

1Mənbələr