AZ

“Neftçi” AEL-lə matça hazırlığı başa vurdu

2025/2026-cı illər mövsümünə Polşada hazırlaşan “Neftçi” bu ölkənin Keltse şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, komanda üzvləri Kiprin AEL klubuna qarşı sabah keçiriləcək yoxlama oyunundan əvvəl son məşqə çıxıblar.

Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 16:00) başlanacaq matç Byalobjeq şəhərində yerləşən “Mieyski” stadionunda baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl “Hapoel” (Təl-Əviv) (1:1) və “Termalitsa” (Nyeçetşa) (2:2) ilə qarşılaşmış “Neftçi”nin “Asteras” (Tripolis) ilə görüşü də güclü leysan səbəbindən ləğv olunmuşdu.

Seçilən
61
1
arena.az

2Mənbələr