AZ

Evdə ata və əlil qızının meyiti tapıldı

Yevlax rayonunun Aran qəsəbəsində yaşayış evində iki nəfərin meyiti aşkarlanıb.

 

Meyiti tapılan şəxslərin Məhəbbət Əvəz oğlu Zeynalov və onun birinci qrup əlil qızı olduğu müəyyənləşib.

 

İlkin məlumata görə, ata üç gün əvvəl intihar edib.

 

Evdə tək qalan azyaşlı qızın isə aclıqdan öldüyü ehtimal olunur.

 

Hər iki meyitin bu gün aşkarlandığı bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

 

APA

Tarix: 31 İyul 2025, 22:54   
Seçilən
65
7
pravda.az

10Mənbələr