"Ferrari" komandanın rəhbəri Frederik Vassyör barədə bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, İtaliya komandası fransız mütəxəssis ilə yollarına davam edəcək. Onunla müqavilənin müddəti uzadılıb və növbəti mövsüm də "Ferrari" üçün çalışacaq. Bu barədə məlumat komandanın sosial şəbəkə hesablarında ictimaiyyətə çatdırılıb.
Bununla da, "Ferrari" texniki dəyişikliklərin olacağı 2026-cı il mövsümü ərəfəsi sabitliyi qoruyub.
Qeyd edək ki, Vassyör 2023-cü ildən "Ferrari"nin uğurları üçün çalışır.