Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində yerləşən Çasov Yar şəhərinin tam işğal olunduğunu açıqlayıb. Rusiya tərəfi bildirib ki, şəhər uğrunda aparılan uzunmüddətli hərbi əməliyyatlar nəticəsində bu strateji ərazi nəzarətə götürülüb.
Bəyanatda qeyd olunub ki, şəhərin tam ələ keçirilməsi Rusiya ordusunun Donbasda irəliləməsi üçün yeni imkanlar açır.
Lakin Ukrayna tərəfi bu məlumatı təkzib edib. Kiyev Çasov Yar şəhərinin tam nəzarət altında olduğu ilə bağlı Moskvanın bəyanatını “dezinformasiya” və “psixoloji təzyiq vasitəsi” kimi qiymətləndirib.
Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri bildiriblər ki, şəhərin bəzi hissələrində döyüşlər davam edir, bəzi mövqelər isə hələ də Ukrayna hərbçilərinin nəzarətindədir. Hərbi ekspertlər hesab edirlər ki, şəhərin mərkəzinə müəyyən rus bölmələri daxil olsa da, bu, hələ tam nəzarət demək deyil.
Ukrayna Prezidenti Volodimir Zelenski isə məsələ ilə bağlı bəyanatında bildirib:
“Bu tip bəyanatlar Kremlin daxili auditoriya üçün hazırladığı təbliğatdır. Əgər Rusiya doğrudan da sülh istəyirsə, biz cavab verəcəyik. Amma hələlik döyüşlər davam edir.”
//Samir Qurbanov, Editor.az