BAKI, 31 iyul. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Teleqraf xəbər verir ki, Helsinki Futbol stadionunda keçirilən II təsnifat mərhələsinin cavab görüşündə 22 yaşlı müdafiəçinin komandası Finlandiya təmsilçisi HİK ilə 2:2 hesablı heç-heçə edib.
Finlandiya təmsilçisinin heyətində Kai Meriluoto (38) və Teemu Pukki (69) fərqlənib. “Arda”nın heyətində isə David İdoşu (25) və Birsent Karagaren (86) fərqlənib.
Əsas vaxtda qalib müəyyənləşmədiyi üçün oyun əlavə vaxta gedib. Bu bölümdə də qalib müəyyənləşmədiyindən matç penaltilər seriyasına qədər uzanıb. Belədə “Arda” 4:3 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.
Hüseynovun matçın start heyətində yer alıb və görüşün sonuna qədər meydanda olub. O, penalti seriyasında iştirak etməyib.
Qeyd edək ki, tərəflər arasında ilk görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşmışdı.