32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənovanın təşəbbüsü ilə Suraxanı rayonu, Əmircan qəsəbəsində küçələrdən birinə asfalt çəkilib.
Redaktor.az xəbər verir ki, bu barədə deputat özünün feysbuk hesabında yazıb.
"Rayonumuzun Əmircan qəsəbəsi, A.Rzayev küçəsinin sakinlərinin müraciəti əsasında su-kanalizasiya ilə bağlı problemlərin həllindən sonra, söz verdiyim kimi növbəti işimiz - asfalt örtüyünün salınması işləri də yekunlaşdı", - deyə A.Həsənova qeyd edib.
Millət vəkili yazdığı posta fotolar da əlavə edib.
Turan İSMAYIL





