İsrail Livanda “Hizbullah” hərəkatının raket istehsalı və saxlanması üçün istifadə etdiyi obyektlərə zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu barədə AFP nəşri məlumat yayıb.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, hədəflər arasında "Hizbullah"a məxsus ən böyük yüksək dəqiqlikli raket istehsalı zavodu olub. İsrail Müdafiə Qüvvələri (SAXAL) isə strateji silahların istehsalı və saxlanması üçün istifadə olunan infrastruktura zərbə endirildiyini açıqlayıb.
Livan tərəfi də ölkənin şərqinə və cənubuna zərbələr endirildiyi təsdiqləyib.
Həm Katz, həm də SAXAL "Hizbullah"ı hərbi infrastrukturunu bərpa etməyə çalışmaqda günahlandırıb və Livan ordusundan hərəkatın tərksilah edilməsinə başlanmasını tələb ediblər.