"İlk oyunumuzla müqayisədə rəqibdən üstün idik".

Offsideplus.az xəbər verir ki, bu sözləri  "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"a (Moldova) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandaya dəstək olan hər kəsə təşəkkür edib:

"Bu oyun böyüməyimiz üçün yaxşı təcrübə oldu. Mövqe oyununda və rəqibə təzyiq baxımından xoşuma gəlməyən məqamlar vardı. Bəzi fürsətləri qaçırdıq. Bunların üzərində işləməliyik. Mərhələ keçmişik, ancaq növbəti rəqiblər daha güclüdür. Sabahdan hazırlıqlara başlayacağıq".