AZ

Ermənistanın şərqində zəlzələ olub

Ermənistanın şərq bölgəsində zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Martuni şəhərindən təxminən 6 kilometr məsafədə baş verib.

Məlumata əsasən, episentrdə zəlzələnin gücü 3 bal səviyyəsində olub. Təkanlar təkcə Martunidə deyil, eyni zamanda Dzorağyux, Liçk və Vardadzor kəndlərində də hiss edilib.

Hazırda zəlzələ ilə bağlı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

Seçilən
69
15
far.az

10Mənbələr