AZ

Google-un günahından Türkiyədə on minlərlə insan zəlzələ qurbanı oldu...


İki il sonra Google Türkiyədə 10 milyon insanın dəhşətli zəlzələ ilə bağlı düzgün xəbərdarlıq almadığını etiraf edib.

2023-cü ilin fevralında Türkiyədə təxminən 10 milyon insan, Google-un erkən xəbərdarlıq sistemi gözlənildiyi kimi işləsəydi, dağıdıcı zəlzələnin baş verəcəyi barədə daha əvvəl xəbərdarlıq alardı və təhlükəsizliyi tapmaq üçün yarım dəqiqəyə qədər vaxt keçmiş ola bilərdi. Ancaq bu olmadı. Şirkətə bunu etiraf etmək üçün iki ildən çox vaxt lazım oldu.

Yalnız 469 istifadəçi yüksək şiddətli vəziyyətlər üçün nəzərdə tutulmuş “Tale Action” xəbərdarlığı alıb - bu, şübhəsiz, 7,8 bal gücündə tremoru ehtiva edir ki, bu da ilk təkan idi. Bu xəbərdarlıqlar telefonun "Narahat Etməyin" rejimini ləğv edir və yuxuda olan insanları oyadan, çox güman ki, bir çox insanın həyatını xilas edə biləcək yüksək səs çıxarır.

Fevralın 6-da yerli vaxtla saat 4:17-də zəlzələ başlayanda çoxları yuxuda idi və buna görə də zəlzələnin çoxlu qurbanları oldu - 55 mindən çox insan öldü, 100 mindən çox insan yaralandı.

Google sözçüsü BBC-yə bildirib ki, bunun əvəzinə mümkün kiçik təkanlara dair xəbərdarlıq edən daha az təcili xəbərdar olun xəbərdarlığı göndərib. Telefon bu cür xəbərdarlıqlara "Narahat Etməyin" rejimindən daha aşağı prioritet kimi yanaşır.

Bundan əvvəl Google BBC-yə sistemin yaxşı işlədiyini bildirmişdi.

Google vaxtında xəbərdarlıq etsəydi, Türkiyədə zəlzələdə bu qədər adam ölməzdi.

Türkiyə Google-dan kompensasiya tələb edə bilərmi?

Qeyd edək ki, indiyə qədər bir sıra xidmətlərdə yarıtmaz fəaliyyətinə görə ABŞ Google-dan təzminat tələb edib. Eləcə də keçən il Almaniyanın media şirkəti “Axel Springer” və Norveçdə yerləşən “Schibsted” media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Niderland və Lüksemburq “Google”a qarşı iddia qaldırıblar və sözügedən ölkələr şirkətdən 2,1 milyard avro təzminat tələbi ilə çıxış ediblər. Yəni Google-a qarşı təzminat tələbi praktikası var və bu halda Türkiyə də Google-yə qarşı təzminat davası aça bilər. Söhbət on minlərlə insanın faciəli ölümündən, ağır yaralanmasından, mənəvi, psixoloji, fiziki və maddi ziyanla qarşılaşmasından gedir.

Fərhad Nurəliyev: “Türkiyənin Google-a qarşı kompensasiya tələbi irəli sürməsi...”

İKT üzrə mütəxəssis Fərhad Nurəliyev “Bakı-Xəbər”ə bildirdi ki, şirkətlər əməkdaşlıq etdikləri ölkələrə faydalı olmağa çalışırlar. “Türkiyənin Google-a qarşı kompensasiya tələbi irəli sürməsi uyğun deyil, çünki məlumatları ölkələrə çatdırmaqla, xəbərdarlıq etməklə bağlı bu şirkətin heç bir hüquqi öhdəliyi yoxdur.

Bu sadəcə əlavə bir funksionallıqdır, əlavə bir üstünlükdür. Bilirik ki, hazırda servislər bir-biri ilə rəqabətdədir, yaxud çalışırlar ki öz istifadəçilərinə maksimum faydalılıq təqdim etsinlər. Bu baxımdan, Google şirkəti də bu məlumatları təqdim edir ki, hardasa bir zəlzələ oldu və sair.

Bu hansı prinsipə, məntiqə əsaslanır? Biz bilirik ki, zəlzələ dalğalar şəklində yayılır və bu halda episentrdən son təsir nöqtəsinə yayılana qədər bir neçə dəqiqə zaman keçə bilər. Biz məsələyə diqqət yetirəndə görürük ki, Google şirkəti ilkin episentrdə zəlzələ olanda ordan məlumatları alır. Tutalım, fərz edin ki, həmin dalğalar 1 dəqiqədən sonra 5 kilometrlikdəki məsafəyə çatacaq. Həmin o 1 dəqiqə barədə Google insanlara məlumat verir ki, 1 dəqiqə ərzində hazırlıqlı olsun. Zəlzələrin episentrində proses başlayanda sensorlar zəlzələni fiks edəndə artıq Googe-yə məlumat gedir, şirkət də o məlumatları öz istifadəçiləri ilə paylaşır. Yəni episentrdə dalğalar olanda insanlar Google-dan o məlumatı alırlar”.

Azər Həsrət: “Googele-ni məsuliyyətə cəlb etmək, ondan təzminat tələb etmək...”

Siyasi şərhçi Azər Həsrət də hesab edir ki, Google heç vaxt xəbərdarlıq edə bilməz, çünki zəlzələ ilə bağlı ön xəbərdarlıq hələlik kəşf edilməyib:“ Zəlzələnin hansı saatda, hansı dəqiqədə, hansı saniyədə, hansı məkanda baş verəcəyini proqnozlaşdırmaq hələ kəşf edilməyib. Ona görə də istər Google, istərsə də birbaşa zəlzələ ilə əlaqəli olan qurumlar buna görə məsul tutula bilməz.

Biz sizinlə danışırıq, mən Azərbaycanın tamam başqa bir istiqamətindəyəm, siz də başqa bir yerdəsiniz. Bizim heç birimiz bu saat təminat verə bilmərik ki, olduğumuz yerdə zəlzələ olacaq, ya olmayacaq. Çünki proqnozlaşdırma mümkün deyil. Bütün dünya elmi bir yerə yığışıb zəlzələnin proqnozlaşdırılmasının mümkün olmadığı qənaətinə gəlib. Hələ ki, bu mümkün deyil. Mümkün olmayan bir şeyə görə Google-dan hesabat tələb etmək nə qədər ağlabatandır? Bu baxımdan Google-u məsuliyyətə cəlb etmək, ondan təzminat tələb etmək düzgün deyil”.

Əziz Qəmbərov: “Əgər Google-un bununla bağlı hər hansı bir beynəlxalq öhdəliyi varsa, o zaman Türkiyə bu şirkətə qarşı təzminat davası aça bilər”

Hüquqşünas Əziz Qəmbərov isə bizimlə söhbətində bildirdi: “Əgər Google-un bununla bağlı hər hansı bir beynəlxalq öhdəliyi varsa, o zaman Türkiyə bu şirkətə qarşı təzminat davası aça bilər. Yox, əgər şirkətin belə bir öhdəliyi yoxdursa ondan təzminat tələb edə bilməz. Açığı ilk dəfədir ki, Google-un belə bir funksiya yerinə yetirdiyini, zəlzələ ilə bağlı insanlara əvvəlcədən xəbərdarlıq etdiyini eşidirəm.

Bir məsələ də var ki, burda fəlakətin qarşısını almaq məqsədilə insani yanaşma da sərgilənməli idi. Belə bir funksiyası vardısa, Türkiyədə dağıdıcı zəlzələ baş verəcəyi barədə mütləq insanlara məlumat verməlidir. Təcrübədə digər dövlətlərə bu barədə əvvəlcədən məlumat verməsi, siqnal ötürməsi varsa öhdəlik daşıya bilər. Təsdiq olunsa ki, Google bundan məlumatlı olub və məlumatı anındaca verə bilərdi, amma verməyib, o halda Türkiyə addım ata bilər. Eyni zamanda da bununla bağlı təcrübə formalaşmalıdır. Tutalım, Tanzaliyada zəlzələ qabağı Google o ölkəyə rəsmi məlumat göndərib və bu məlumat sayəsində fəlakətin qarşısı alındı. Yəni belə bir təcrübə varsa Türkiyə müvafiq addım ata bilər”.

Əli TURABOV

Seçilən
6
baki-xeber.com

1Mənbələr