Ermənistanın şərqində 3,0 bal gücündə zəlzələ baş verib.
Day.Az-ın məlumatına görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Mühafizə Xidməti bildirib.
Məlumata əsasən, yeratlı təkanlar Qeqarkunik vilayətinin Martuni şəhərindən 6 kilometr şimal-şərqdə qeydə alınıb.
Zəlzələ Martuni və Dzoraqüz, Liçk və Vardadzor kəndlərində 2-3 bal gücündə hiss olunub.