Sumqayıtda açıq ərazidə yanğın başlayıb.
Referans xəbər verir ki, hadisə “Qurd dərəsi” adlanan ərazidə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Sumqayıtda açıq ərazidə kol-kos yanması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.
Açıq ərazidə baş vermiş yanğın söndürülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta