İyulun 31-i “Aztelekom” MMC-nin Cənub Regional Filalının Lerik rayon şöbəsinin əməkdaşı iş yerində vəfat edib.
Bu barədə “Qafqazinfo”ya “Aztelekom” MMC açıqlama yayıb.
Bildirilir ki, bədbəxt hadisə nəticəsində elektrik montyoru vəzifəsində çalışan Sərdar Bali oğlu Həmidov həyatını itirib:
“Hadisə ilə bağlı yerli aidiyyəti qurumlarla məlumat verilib və araşdırma aparılır.
Əməkdaşımızın ailəsinə kollektivimiz adından başsağlığı verir və yaxınlarına səbr diləyirik”.