AZ

Azərbaycan dilinin qorunmasında mədəni və hüquqi təşəkkül yolu




Dil millətimizin əsas atributudur, onun varlığı və gələcəyi ana dilimizin qorunması ilə sıx bağlıdır. Heydər Əliyevin sözləri ilə desək: “Dil hər bir millətin milliliyinin əsasıdır”.
1978 ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbulunda Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və inamlı mövqeyinin nəticəsi idi. Müstəqilliyimiz əldə olunduqdan sonra isə Ümummilli Liderin uzaqgörənliyi ilə 1995 ci ildə qəbul olunmuş yeni Azərbaycan Konstitusiyasının 21 ci maddəsində rəsmi olaraq “Azərbaycan dili” dövlət dili kimi qəbul edildi. Bu, xalqın ümumxalq səsverməsi yolu ilə həyata keçirilmişdi və dilimizin hüquqi statusunu möhkəmləndirmişdir.

Ümummilli Lider Heydər Əliyev 2001 ci il iyunun 18 də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərmanla Dövlət Dil Komissiyası yaradıldı və geniş dil siyasəti mexanizmləri formalaşdırıldı. Həmçinin 2001 ci ilin avqustundan ölkədə latın qrafikası rəsmi yazı sistemi kimi tətbiq edildi və eyni zamanda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi.

2002 ci ildə isə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilimizin qorunması, tətbiqi və inkişafı üçün hüquqi baza yaratdı.

Ulu Öndərin uzaqgörənliyi ilə inkişaf edən dövlət dilinin təşəkkül strategiyası cənab Prezident İlham Əliyev tərəfindən də bu gün uğurla davam etdirilir. Belə ki, 2003-cü ildən etibarən latın qrafikasında nəşrlərdən tutmuş kütləvi ensiklopediyalara və elektron məkanda dilin inkişafına dair Dövlət Proqramına dair bir sıra qərarlar qəbul edilib. 2018 ci ildə dövlət dilinin saflığının qorunması və monitorinq strukturunun yaradılması bu siyasətin bariz göstəricisidir.

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü dilimizin hüquqi statusunun, milli kimliyimizin və mədəni varlığımızın qeyd olunmasıdır. Ulu öndər Heydər Əliyevin və cənab İlham Əliyevin bu sahədə apardığı siyasət dilimizi qorumaq, tətbiq etmək və gələcəyə daşımaq istiqamətində misilsiz xidmətlərdir. Şəxsi fikrimcə, bu gün bizim üzərimizdə düşən əsas məsuliyyət —zəngin dilimizi gündəlik həyatda qürurla yaşatmaqdır. Biz dilimizin gözəlliyini xarici təsirlərdən qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə çatdırmaqda davam etməliyik.

Sənan Hüseynov
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini
Seçilən
27
3
newscenter.az

4Mənbələr