Parisli qadın naməlum şəxslər onun mənzilinə soxularaq 1 milyon avro dəyərində qızıl-zinət əşyalarını oğurladıqdan sonra polisə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Oğurluq onun məzuniyyətdə olduğu zaman baş verib. Parisli qadın mənzilin açarını poçt qutusuna qoyduğunu və iki həftəyə şəhəri tərk etdiyini etiraf edib.
Geri döndüykdə o, mənzildə kiminsə olduğunu və sonra oğurluğu aşkar edib.
Zərgərlik məmulatlarının sığortalı olub-olmadığı və ya oğruların poçt qutusunda qalan açardan istifadə edib-etmədiyi barədə məlumat verilmir.