Bu gün – 1 avqust 2025-ci il tarixində RTV internet televiziyasının fəaliyyətə başlamasından 2 il ötür.
News24.az xəbər verir ki, kanal 2023-cü ilin avqustun 1-də rəsmi olaraq yayıma başlayıb.
RTV – xəbər, analitik proqramlar, müsahibələr və müxtəlif sosial layihələrlə qısa müddətdə geniş auditoriya qazanmağı bacarıb. Kanal "Liatris Holding"ə daxil olan media strukturlarından biridir.
Qeyd edək ki, Liatris Holdin"in media platformasında "News24.az", "Söz.az" və "Olay.az" kimi tanınmış xəbər portalları da fəaliyyət göstərir. RTV bu ekosistem çərçivəsində fərqli formatı və müasir təqdimat üslubu ilə seçilir.
"News24.az" kollektivi olaraq RTV-ni 2 yaşı tamam olması münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırık!