AZ

XİN: Anti-Azərbaycan addımlar davam edərsə, mədəni əməkdaşlıqda dəyişikliklər ola bilər

Anti-Azərbaycan addımlar davam edərsə, mədəni əməkdaşlıqda dəyişikliklər ola bilər.

Operativ Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın yüksək vəzifəli rəsmilərinə xəbərdarlıq edib.

Nazirlik bildirib ki, əgər anti-Azərbaycan tədbirlər və açıqlamalar davam edərsə, Azərbaycan ilə Rusiya arasında mövcud olan mədəni əməkdaşlıqda olan fərqliliklərə (disparitetə) düzəlişlər edilmə ehtimalı istisna deyil.

XİN qeyd edib ki, Azərbaycanda rus teatrları, məktəbləri və nəşrləri fəaliyyət göstərsə də, Rusiyada Azərbaycan dilində təhsil və mədəniyyət müəssisələri demək olar ki, mövcud deyil.

Buna baxmayaraq, Azərbaycan tərəfi bu fərqliliyi problemə çevirməyib. Lakin qarşı tərəfin anti-Azərbaycan siyasəti davam edərsə, bu məsələlər yenidən nəzərdən keçirilə bilər.

Seçilən
7
operativmedia.az

1Mənbələr