AZ

Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb

Türkiyənin Adana vilayətində iki ailə arasında torpaq üstündə yaranan mübahisə silahlı toqquşmaya səbəb olub. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Karataş rayonunda qeydə alınıb.

Hadisə yerinə jandarm və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Seçilən
25
3
report.az

10Mənbələr