AZ

Osimhenin "Qalatasaray"da alacağı məbləğ açıqlandı

Xəbər verdiyimiz kimi Qalatasaray uzun müddətdir transfer etmək istədiyi Viktor Osimhenlə nəhayət razılığa gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osimhenin transferi üçün Napoli klubuna 75 milyon avro transfer haqqı ödənəcəyi bildirilir. Eyni zamanda, Osimhenin gələcəkdə başqa bir kluba satışı halında Napoli klubuna əldə ediləcək gəlirin 10%-i ödənəcək.

Qalatasaray, Viktor Osimhen ilə 4 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, ulduz hücumçu hər mövsüm üçün 15 milyon avro məbləğində zəmanətli maaş alacaq.

Futbolçu ilə 2025-2026 mövsümündən etibarən keçərli olmaqla 4 illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən, futbolçuya hər mövsüm üçün15 milyon avro həcmində zəmanətli maaş, 1 milyon avro həcmində loyallıq bonusu və imic hüquqlarından istifadəyə görə 1 milyon avro həcmində qonorar veriləcək.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
25
1
milli.az

2Mənbələr