Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb.
11 saylı xətt üzrə işləyən "ISUZU " markalı sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən A.Zeynallını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"