AZ

1 Avqust - Azərbaycan Əlifbası Günüdür

Bakı. Trend:

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeydedilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 1 avqust tarixininseçilməsi də təsadüfi olmamışdır, beləki həmin gün 1990-cı ildəAzərbaycan Əlifba Komissiyası yaradılmışdır.

Bildiyimiz kimi, XX əsrin 90-cı illərində ölkəmizdə əlifbaislahatının aparılmasında görkəmli dilçi alimi, müasir AzərbaycanƏlifbasının müəllifi, əməkdar elm xadimi, dövlət mükafatı laureatı,akademik Afad Qurbanov latın qrafikalı yeni müstəqil əlifbayakeçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alimolmuşdur. Onun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə AzərbaycanƏlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik vəbacarığı nəzərə alınaraq Afad Qurbanov komissiyanın sədri təyinedilmişdir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birinihəmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqınmədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmmələlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəninailiyyətlərinin yaranmasında, yaşamasında və inkişaf etməsindəbaşlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digərzəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz anadilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğetməli, həmçinin Azərbaycan Respublikasının Dövlət himninsözlərinin müəllifinin Əhməd Cavad, bəstəkarının Üzeyir Hacıbəyovolduğunu bildiyi kimi, ümumxalq sərvətimiz olan bügünkü əlifbamızınmüəllifinin məşhur dilçi akademik Afad Qurbanovun olduğunubilməlidi.

Məqalədə:
Seçilən
81
az.trend.az

1Mənbələr