“Qalatasaray” 26 yaşlı nigeriyalı mərkəz hücumçusu Viktor Osimheni “Napoli”dən tamhüquqlu əsasda satın alıb.
Arena.az bu barədə Türkiyə klubunun mətubat xidmətində istinadən məlumat verir.
Tərflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Türkiyə nəhənginə 75 milyon avro məbləğ müqabilində başa gəlib.
Viktor Osimhen “Altimit Straykers”in məzunudur. Hücumçu, karyerası ərzində “Volfsburq”, “Şarlerua”, “Lill”, “Napoli” və icarə əsasında “Qalatasaray”da çıxış edib.
Geridə qalmış mövsümdə Osimhen İstanbul klubu üçün 41 oyuna çıxıb, 37 qol vurub və 8 məhsuldar ötürmə verib.
Viktor Osimhen 2017-ci ilin iyun ayında debüt etdiyi Nigeriya yığmasının heyətində 40 oyuna 26 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 26 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.