AZ

Dövlət Departamenti: ABŞ İranın kompensasiya tələblərini gülünc hesab edir

BAKI. 1 avqust. TELEQRAF

Rəsmi Tehranın Vaşinqton ilə danışıqlar prosesini bərpa etmək üçün ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr zamanı dəymiş zərəri ödəməli olması barədə bəyanatları gülüncdür.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqott jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.

"İran rejiminin ABŞ-dən maliyyə kompensasiyası ilə bağlı hər hansı tələbləri gülüncdür. Əgər İran rejimi, həqiqətən də, vəsaitə qənaət etmək və ya sanksiya siyasətinin yumşaldılmasına nail olmaq istəyirsə, o, destabilizasiyaedici hərəkətləri, eləcə də nüvə proqramına boş yerə pul xərcləməyi dayandırmalıdır", - Piqott İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin dəymiş zərərin ABŞ tərəfindən kompensasiya edilməsinin zəruriliyi barədə bəyanatlarını şərh edərkən bildirib.

"Bununla belə, ABŞ İranla danışıqlara hazırdır. İranın kiçik bir imkanlar pəncərəsi var, top onun tərəfindədir. Biz onların nə edəcəyini gözləyirik", - Piqott əlavə edib.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr