AZ

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır. Qriseldanın bibisi otağını təmizləyərkən dolabln gözündən tapdığı qeyd onun vəhşicəsinə ölümü ilə bağlı bütün faktları ortaya çıxarıb.

 

Sfera.az mövzu barədə maraqlı yazı təqdim edir.

 

ABŞ-ın Florida ştatında yaşayan Qriselda Kassamajor adlı qadın bibisi tərəfindən idarə olunan masaj salonunda qəbul masasında işləyirdi.

 

27 yaşlı gənc bir gün öz biznesini açmaq arzusunda idi, lakin təəssüf ki, heç vaxt arzularını reallaşdırmaq şansı olmadı.

 

2 iyul 2007-ci ildə saat 18 radələrində Qriseldanın xalası salona gəlib və 20 yaşlı işçi Danieli stolun üstündə uzanmış vəziyyətdə tapıb.

 

O, Danielin kompüterdə işləyərkən yuxuya getdiyini düşünürdü. Adını çağırsa da, cavab vermədiyindən yanına gedir və başından qan axdığını görür

 

Bibi şok halda onu çölə çıxarıb və dərhal təcili yardım nömrəsini yığıb. Təcili yardım işçiləri və polis Qriseldanı da qonaq otağında arxası üstə uzanmış vəziyyətdə tapıblar.

 

Başından iki güllə yarası alan gənc qadın ağır nəfəs alırdı, lakin aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda keçinib. Qriseldanın dəfnindən az sonra bibisi otağını təmizləyərkən dolabın gözündə yazılmış bir qeyd tapdı:

 

“Əgər bu məktubu oxuyursansa, mən ölmüşəm, mənim qatilim isə Drinel Cozefdir”.

 

Bu qeyddən sonra Qriseldanın ölümü ilə bağlı bütün faktlar üzə çıxmağa başladı:

 

2006-cı ildə Qriselda getdiyi gecə klubunda təsadüfən Drinel adlı bir adamla tanış olmuşdu. İki uşaq atası olan 27 yaşlı Drinel tezliklə gənc qadına sevgisini etiraf edib və ikisi uzun məsafəli münasibətə başlayıblar.

 

Bununla belə, Drinel qısa müddət ərzində qısqanc və sahiblənmək xarakterini üzə çıxararaq, əsl üzünü ortaya qoymağa başlayıb. O, Qriseldaya fiziki və psixoloji təzyiq göstərib, hətta onu silahla hədələyib.

 

Qriseldanın bətnindəki körpəsini itirməsindən sonra Drinel ona baş çəkməyib və qəfildən yox olub. Onunla əlaqə saxlamağa çalışan qadın kişinin əslində evli olduğunu öyrənib və münasibətə son qoymaq qərarına gəlib.

 

Telefon nömrəsini və evinin kilidlərini dəyişməsinə baxmayaraq, Drinel israrla gənc qadının arxasınca düşüb.

 

Aylarla qadını təqib edən Drinel, Qriseldanın yeni biri ilə görüşməyə başladığını biləndə çöküb və gənc qadını vəhşicəsinə öldürüb. 

 

Polis araşdırması nəticəsində məlum olub ki, Drinel qətl günü həqiqətən də masaj salonunun yaxınlığında olub və onun iş saatlarını öyrənmək üçün dostlarına zəng edib.

 

Heç kimə məlum olmayan bu münasibət Qriseldanın qorxusundan buraxdığı qeyd vasitəsilə üzə çıxıb və gənc qadının qətlinin üstü açılıb. Drinel birinci dərəcəli qətlə görə mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

 

Xanım

Seçilən
17
sfera.az

1Mənbələr