Dekabrın 20-də saat 7 radələrində Gəncə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Zeynalova vurulub.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılıb.
www.anews.az