ABŞ və Meksika iki ölkə arasında mövcud ticarət razılaşmalarının müddətini 90 gün uzatmaq və ticarət üzrə danışıqlar aparmaq barədə razılığa gəliblər.
Bakues.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
Bildirilib ki, qərar Ağ Ev rəhbərinin meksikalı həmkarı Klaudiya Şeynbaumla telefon danışığının nəticələri üzrə qəbul edilib.
“Meksika fentanil üçün 25%, avtomobillər üçün 25%, polad, alüminium və mis üçün 50% rüsumları ödəməyə davam edəcək. Meksika həmçinin çoxsaylı qeyri-tarif ticarət maneələrini dərhal ləğv etməyə razılaşıb.
ABŞ və Meksika sərhəddən narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə əməkdaşlığı davam etdirəcəklər”, – deyə Tramp vurğulayıb.