Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları (PUA) ilə Rostov vilayətində Taqanroqa hücum edib..
Poliqon xəbər verir ki, bu barədə “Rusiya baharının hərbi müxbirləri” Telegram kanalı məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, ondan çox partlayış baş verib. Hərbi müxbirlərin məlumatına görə, hazırda Rusiya helikopterləri və hava hücumundan müdafiə qüvvələri şəhərin üzərində pilotsuz təyyarələri vurur.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Poliqon.info