AZ

Kamala Harris 2024-cü il prezident seçkiləri kampaniyası haqqında kitab yazır

BAKI, 01 avqust. TELEQRAF

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2024-cü il prezident seçkiləri kampaniyası haqqında kitab dərc edəcək.

Teleqraf xəbər verir ki, kitab “107 gün” adlanacaq.

“X” sosial şəbəkəsində paylaşılmış videoçarxda Harris "107 gün"ü öz kampaniyası haqqında "pərdərxası hesabat" kimi təsvir edib.

"Düşünürəm ki, gördüklərimi, öyrəndiklərimi və irəli getmək üçün nəyin lazım olduğunu paylaşmaq lazımdır", - Harris bildirib.

Bu elan Harrisin Kaliforniya qubernatoru vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bəyan etməsindən bir gün sonra açıqlanıb. “Simon & Schuster” nəşriyyatı artıq öz saytında kitaba keçid yerləşdirib.

"Məxfi xidmətdəki kod adınız Pionerdir. Siz Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti seçilmiş ilk qadınsınız. 21 iyul 2024-cü ildə həmkarınız Co Bayden ikinci müddətə namizədliyini irəli sürməyəcəyini elan edəcək. Prezident seçkiləri 5 noyabr 2024-cü ildə keçiriləcək. Sizin 107 gününüz var", - elanda deyilir.

Kitabın nəşri 23 sentyabr tarixinə planlaşdırılıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr