AZ

Günəşdə nadir hadisə baş verib

Günəşdə protuberansların nadir ikiqat emissiyası baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Qeyd olunur ki, plazma axınlarının ölçüsü təxminən bir milyon kilometr olub. Onlardan biri maqnit qüvvələrinin təsiri ilə səkkiz rəqəminə bənzər fiqur formalaşdırıb.

Laboratoriyanın mütəxəssisləri bildiriblər ki, bu protuberanslar Yer kürəsi üçün təhlükə yaratmır, çünki onlar planetimizdən on milyonlarla kilometr aralı keçəcəklər.


Seçilən
13
1
sherg.az

2Mənbələr