ABŞ Senatı növbəti iki il ərzində Ukraynaya 54,6 milyard dollar ayrılması barədə qanun layihəsi təklif edib. Bu məbləğin bir hissəsi müsadirə edilmiş Rusiya aktivlərindən daxil olacaq...
Poliqon xəbər verir ki, nu barədə The New York Times (NYT) xəbər verir.
Qanun layihəsi ABŞ prezidentinin səlahiyyətlərini genişləndirir, ona Konqresin razılığı olmadan Ukraynaya silah ötürməyə imkan verir. NYT-nin qeyd etdiyi kimi, onun təsdiqlənmə şansı azdır, çünki bir çox respublikaçılar Amerika lideri Donald Trampın xarici yardıma xərcləri azaltmaq kursunu dəstəkləyir. ABŞ-ın vitse-prezidenti J.D.Vens qeyd edib ki, Ukrayna “heç bir şəraitdə” daha 60 milyard dollar yardım almayacaq.
İyulun 31-də ABŞ Senatının Təxsisatlar Komitəsi 2026-cı ildə Ukraynaya 800 milyon dollar yardım ayrılmasını təsdiqləyib.Bundan əlavə, komitə Baltikyanı təhlükəsizlik təşəbbüsü üçün 225 milyon dolların təsdiqləndiyini, həmçinin Bəhreyn və İordaniya üçün maliyyənin artırılmasını elan edib.
Poliqon.info