
ABŞ Ukrayna üçün AMRAAM raketlərinin istehsalına başlayır.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Raytheon Technologies Corp.” (Tucson, Arizona.)orta mənzilli müasir “hava-hava” raketlərinin istehsalı üçün 3,5 milyard dollarlıq, dəqiqləşdirilməmiş, sabit qiymətə, təşviqə əsaslanan müqaviləyə layiq görülüb.
Qeyd olunur ki, şirkət tezliklə AMRAAM raketlərinin istehsalına başlayacaq.
ELÇİN