AZ

Azərbaycanda bərpa olunan enerji layihələri üzrə yeni ərazilər müəyyənləşdirilib – Cavid Abdullayev (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanda istehsal edilən bərpa bərpa olunan enerjinin ixracayönəlik vəziyyətə gətirilməsi üzrə işlər uğurla davametdirilməkdədir.

Bu sözləri Trend-ə müsahibəsində Energetika Nazirliyi yanındaBərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev deyib.

O, müsahibəsində ənənəvi enerji resurslarından asılılığınazaldılması mexanizmləri, Qarabağ, Şərqi Zəngəzur və NaxçıvanMuxtar Respublikasında “yaşıl enerji zonası” konspesiyası üzrəhazırda həyata keçirilən pilot layihələri, bərpa olunan enerjitexnologiyalarının yerli istehsalının təşviqi, dənizdə elektrikenerjisi, eləcə də, hidrogen istehsalı, həmçinin, elektrikenerjisinin ixracı üçün müxtəlif marşrut layihələrinin son durumu,eyni zamanda, beynəlxalq təşkilatlarla (İEA, İRENA, Dünya Bankı,AİB və s.) əməkdaşlıq imkanları ilə bağlı suallarıcavablandırıb.

"2030-cu ilədək qoyulmuş hədəflərimizə daha erkənnail ola bilərik"

Agentlik rəsmisi əvvəlcə ənənəvi enerji resurslarındanasılılığın azaldılması üzrə tədbirlərdən danışıb. O bildirib ki,bərpa olunan enerji mənbələrindən istifadə bir çox hallarda hazırdamüəyyən fəaliyyət növləri üçün istifadə olunan ənənəvi enerjinövlərini sərbəstləşdirməyə imkan verir:

“Bu resurslar sərbəstləşdikdən sonra bazarda onlara müəyyəntələbat yaranır. Bir sıra hallarda onların qiyməti kifayət qədəryüksək olur ki, bu da ölkə iqtisadiyyatına xüsusi dəyər qata bilir.Bu baxımdan, bizim əsas fəaliyyətimiz həmin o sərbəstləşən ənənəvienerji resurslarının həcmini artırmağa yönəlib. Bərpa olunan enerjimənbələri sahəsindəki stansiyalar kifayət qədər böyük həcmdə qazehtiyatlarının sərbəstləşməsinə imkan verir. Sonradan onlar Avropabazarına ixrac oluna bilər.

Hədəfimiz bəllidir: 2030-cu ilədək bərpa olunan enerjimənəbələrinin payını qoyuluş gücündə 30%-ə çatdırmaq. Lakin ilkinhesablamalar göstərir ki, biz bu hədəfə 2027-2028-ci illərdə belənail ola bilərik. Təbii ki, 2030-cu ilədək bu göstərici bir qədərdə yüksələcək.

COP29 zamanı Azərbaycanın könüllü olaraq üzərinə götürdüyüöhdəliklər – karbon emissiyalarının azaldılması və bu sahədəkidigər məsələlər də, təbii ki, bərpa olunan enerji layihələrininreallaşdırılması ilə birbaşa bağlıdır”.

Azərbaycanın azad edilmiş ərazilərində 500 MVt-lıqhidroenerji potensialı mövcuddur

C.Abdullayev Azərbaycanın azad edilmiş ərazilərdinə “yaşılenerji” potensialından və bu çərçivədə həyata keçirilənlayihələrdən bəhs edib:

“İşğaldan azad olunmuş ərazilərimiz, eləcə də, Naxçıvan MuxtarRespublikası “yaşıl enerji” zonaları elan olunub. Qarabağ və ŞərqiZəngəzurla bağlı artıq konsepsiya və tədbirlər planı masaüzərindədir, təsdiqlənib və biz artıq onların icrasından danışabilirik.

Ümumiyyətlə, Azərbaycan COP29 prezidentliyi çərçivəsində “yaşılzona”larla bağlı bir təşəbbüs irəli sürüb və dünyanın bir çoxölkələri həmin təşəbbüsü dəstəkləyiblər. Biz bu təşəbbüsün önündəgedən ölkə kimi qəbul olunuruq. “Yaşıl enerji” zonasının başlıcagöstəricisi adıçəkilən ərazilərdə istehlak olunan hər birkilovatt-saat (kVt/saat) elektrik enerjisinin yaşıl mənbələrdənalınması anlamına gəlir.

İşğaldan azad olunmuş ərazilərdə bunun üçün yetəri qədərpotensial var. Hədəf ondan ibarətdir ki, həmin ərazilərimizdətəxminən 500 meqavatt hidroenerji potensialından istifadə olunsun.Çünki orada kifayət qədər dağ çayları var ki, bu da hidroenerjiimkanlarını artırır. Eyni zamanda, “Xudafərin”, “Qız Qalası” suelektrik stansiyalarının (SES) bizə aid olan hissəsinin verdiyielektrik enerjisini də bunun üzərinə gəlsək, artıq bizhidropotensialın kifayət qədər böyük olduğunun və tam şəkildəistifadəsi istiqamətində tədbirlərin həyata keçirildiyinin şahidiola bilərik”.

Direktorun sözlərinə görə, Azərbaycanın günəş enerjisipotensialı, əsasən, Cəbrayıl və Zəngilan, külək enerjisi isəKəlbəcər-Laçın zonasında cəmlənib:

“Oradan əldə edilən bərpa olunan enerjinin həcmi kifayət qədərböyük olaraq dəyərləndirilir. Ona uyğun ötürücü şəbəkənin imkanlarıgərək mövcud olsun ki, stansiya tikildikdən sonra onun istehsaletdiyi elektrik enerjisi ötürsün. Çünki sözügedən ərazilərimizdəkienerji potensialı o zonanın özünün tələbatını dəfələrlə aşacaq.Oradan əldə ediləcək enerji ümumi Azərbaycan şəbəkəsinəötürülməlidir. Azərbaycan şəbəkəsində də başqa stansiyalar olduğuüçün, böyük ehtimalla, onlar artıq ixraca yönəlik vəziyyətəgələcəklər.

Hazırda bp şirkəti ilə Cəbrayılda ilkin investisiya dəyəri 200milyon dollar olan və 240 meqavatt (MVt) gücündə “Şəfəq” GünəşElektrik Stansiyası (GES), eləcə də, hər biri 50 MVt gücündəolmaqla, “Üfüq” və “Şəms” GES layihələrinintikintisi üzrə çox intensiv işlər həyata keçirilməkdədir. Bütünmüqavilələr imzalanıb, torpaq sahələri bəllidir, şəbəkə ilə bağlıməsələlər bizim üçün tam aydındır və onların həyata keçirilməsiistiqamətində gündəlik rejimdə işlər davam etdirilir. Təqribən2027-ci ilin sonunadək bu stansiyaların istismara verilməsiplanlaşdırılır.

Eyni zamanda, Səngəçal terminalının elektrikləşdirilməsi üzrə dəzəruri infrastruktur yaradılır. Bütün müqavilə bazası artıqyekunlaşıb. Bu, kifayət qədər mürəkkəb bir proses idi. Bu mürəkkəbprosesin uğurla başa çatması real iqtisadi modellərin vəlayihələrin səmərəliliyinin düzgün təhlili nəticəsində mümkünolub”.

C.Abdullayev qeyd edib ki, Laçın ərazisində külək enerjisi iləbağlı ölçmələr aparılır:

“Biz planlaşdırırıq ki, bu ilin sonunadək banklar tərəfindənqəbul ediləcək məlumatlara sahib olacağıq. Ondan sonra investorlarahəmin məlumatları təqdim edəcəyik. Təbii ki, müxtəlif şirkətlərtərəfindən həmin ərazimizdə külək enerjisi istehsalına maraq çoxböyükdür. Hətta COP29-da imzaladığımız müqaviləyə uyğun olaraq,Kəlbəcərdə külək enerjisi istehsalı layihəsi çərçivəsində birgəmüəssisə təşkil edilib. Həmin birgə müəssisə özü artıq Kəlbəcərdəölçmələrə start verib. Bir il ərzində ölçmələrin yekunlaşacağıgözlənilir. Daha sonra layihə təklifləri irəli sürüləcək”.

Kəlbəcərdə külək elektrik stansiyası tikiləbilər

Bərpa olunan enerji istehsalı ilə bağlı texniki və iqtisadipotensialların nəzərə alınmalı olduğunu söyləyən agentlik rəsmisibildirib ki, texniki potensial dedikdə ümumilikdə ərazidə günəşradiasiyası və küləyin sürətinin ölçmələri nəticəsində meydanagələn bir həcm nəzərdə tutulur, iqtisadi potensial isə bu texnikiresursların hansı hissəsinin real iqtisadi səmərə ilə istifadəedilə biləcəyini göstərir:

“Təbii ki, bizim investorlarla işləməyimiz üçün ikincigöstərici, yəni iqtisadi potensial daha vacibdir. Eyni zamanda,küləyin sürətinin enerji istehsalı üçün lazım olan miqdardan aşağıolmaması, nəqliyyat-logistik baxımından ərazilərin əlçatan olmasıvə bu kimi digər məsələlər xüsusi önəm kəsb edir.

Artıq işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuqişləri çox böyük sürətlə həyata keçirilir. Məsələn, Kəlbəcərinəlçatmaz yerlərində küləyin potensialının çox olması onun texnikicəhətdən potensiala daxil olmasına səbəb olurdu. Amma iqtisadicəhətdən biz onu nəzərdən keçirə bilmirdik. Çünki həmin əlçatmazyerlərə getmək üçün yol yox idi. İndi isə bu məsələlərin bir çoxuaradan qaldırılıb. Hazırda həmin ərazilərimizə külək turbinləriniaparmaq və mövcud küləkdə onu qurmaq iqtisadi cəhətdən olduqcasəmərəlidir. Bundan sonra isə Laçın-Kəlbəcərdə istehsal ediləcəkelektrik enerjisinin şəbəkəyə qoşulması prosesi nəzərdən keçiriləbilər. Bu da onun iqtisadi səmərəsi amilinə gətirib çıxarır.Məsələn, bu gün biz Kəlbəcərdə 800 meqavatlıq külək elektrikstansiyası tikə bilərik. Amma şəbəkə ona hazırdırmı? Ona görə də buistiqamətdə təhlillər aparılır, həmin ərazilərdə küləyin sürəti,mövcud infrastruktur öyrənilir”.

2027-ci ilin sonunadək 2 QVt-a yaxın gücdə bərpaolunan enerji mənbələri şəbəkəyə inteqrasiya ediləbilər

C.Abdullayev yaxın gələcəkdəki hədəflər və həmin dövrləri əhatəedəcək layihələrlə bağlı bunları qeyd edib:

“Ölkə üzrə birinci mərhələdə 2027-ci ilin sonuna qədər 2 QVt-ayaxın gücdə bərpa olunan enerji mənbələrini şəbəkəyə inteqrasiyaedə bilərik. Bu sahədə Amerikanın “Tetra Tech”, Türkiyənin EPRA vəCESİ şirkətləri ilə təhlillər aparılıb və zəruri addımlarmüəyyənləşdirilib. CESİ şirkəti, həmçinin, bizim ixrac layihəmizdədə əsas məsləhətçi şirkət olaraq çıxış edir.

Yəni biz 2027-ci ilin sonunadək 2 QVt-a yaxın gücdə bərpa olunanenerji mənbələrini şəbəkəyə inteqrasiya etmək üçün görüləcək işlərimüəyyənləşdirmişik. Bu proqram, həmçinin, enerji saxlancsistemlərinin quraşdırılmasını da əhatə edir.

“Nəvahi” yarımstansiyasının tikintisi ilə bağlı işlərəstart verilib. 330 kV-luq “Nəvahi” yarımstansiyasının 330 kV-luqhissəsinin tikintisi Azərbaycan tərəfindən, 500 kV-luq hissəsi isəDünya Bankının ayırdığı 173 milyon dollar vəsait hesabına həyatakeçirilir.

"Xızı-Abşeron" külək elektrik stansiyasında (KES) Abşeron rayonuüzrə 12, Xızıda isə hər birinin gücü 6.5 MVt olan 25 küləkturbinindən 9-nun quraşdırılması başa çatıb. Turbinlərinquraşdırılmasında əlverişli hava şəraiti çox böyük rol oynayır.İstənilən halda 2025-ci ilin sonunadək bütün turbinlərinquraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir”.

Direktor agentlik olaraq yerli istehsalın təşviqi məqsədiləgünəş və külək texnologiyaları üzrə istehsalçılarla danışıqlarınaparıldığını vurğulayıb:

“Bugünədək bizdə quraşdırılan avadanlıqlarda, günəş, küləkstansiyalarında Çin texnologiyalarından istifadə olunub.

Təbii ki, bu layihələrin inkişafı istehsalçı şirkətlərinAzərbaycana marağını xeyli artırır. Biz bərpa olunan enerjisahəsində qarşılıqlı razılaşma əsasında müəyyən texnoloji həllərintam və yaxud hansısa bir hissələrinin Azərbaycanda təşkilediləcəyini gözləyirik.

İnnovativ inkişaf yalnız bununla məhdudlaşmır. Bizdə bərpaolunan enerji mənbələri sahəsində müəyyən təhsil layihələri dəhəyata keçirilir. Belə ki, Azərbaycan Dövlət Neft və SənayeUniversiteti ilə İngiltərənin bir universiteti arasında buistiqamətdə işlər gedir. Yəni artıq xarici investisiya, xariciavadanlıq, xarici mütəxəssislərdən yerli podratçılara,texnologiyalara yönəlməyə doğru addımlayırıq. Azərbaycanda busahədə mütəxəssis hazırlığı da davam etdirilir. Müqavilələrimizdədə o tələb var ki, əgər hansısa bir sahədə Azərbaycanda mütəxəssisvarsa, həmin layihədə azərbaycanlı mütəxəssisin iştirakı təminolunmalıdır. Bir sözlə, bərpa olunan enerji sahəsində lokallaşdırmaməsələsinin öz həllini tapması üçün əlimizdən gələni etməyəçalışırıq. Eyni zamanda, Azərbaycanda istehsal olunan avadanlıqlarqonşu ölkələrə, Qazaxıstana, Özbəkistana da ixrac edilə bilər. Bu,çox ciddi kompleks məsələlərdir”.

Elektrik enerjisinin ötürülməsi üzrə 4 müxtəlifdəhliz haqqında danışıqlar aparılır

C.Abdullayev xatırladıb ki, Azərbaycan COP29-da yaşıl enerjidəhlizləri təşəbbüsünü irəli sürdü:

“Hazırda elektrik enerjisinin ötürülməsi üzrə 4 müxtəlif dəhlizhaqqında danışırıq:

  • Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi üzrəAzərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan dəhlizi;
  • Quru yolu ilə Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstanmarşrutu;
  • Naxçıvan-Türkiyə (Zəngəzur dəhlizi və digər məsələlər də bukontekstdə baxılır);
  • Özbəkistan və Qazaxıstandan Xəzər dənizinin dibi iləAzərbaycana gələn marşrut.

Bu marşrutların özünün müəyyənləşdirilməsi, sadaladığımölkələrlə danışıqların aparılması, ilkin razılığın əldə edilməsi,strateji sənədlərin imzalanması uzun bir prosesdir. Biz bumərhələni geridə qoymuşuq və qarşılıqlı danışıqlar aparılır. İkincimərhələdə layihənin texniki-iqtisadi əsaslandırılmasıhazırlanmalıdır. Biz agentlik olaraq elektrik enerjisininötürülməsi ilə bağlı Xəzər dənizi-Qara dəniz və Avropa, bir dəMərkəzi Asiya-Xəzər dənizi layihəsinin katibliyini aparırıq.

Qara dəniz layihəsində elektrik enerjisinin ötürülməsi ilə bağlıtexniki-iqtisadi əsaslandırma ilə bağlı işlərə start verilib.İtaliyanın CESİ şirkəti sözügedən məsələ üzrə araşdırmalar aparır.Bu dəhlizlə bağlı Buxarestdə Azərbaycan ("Azərenerji"), Gürcüstan,Rumıniya və Macarıstanın ötürücü sistem operatorlarından ibarətbirgə müəssisə təsis edilib.

Yeri gəlmişkən, bu müsəssisənin ilk rəhbəri Azərbaycandandır. Builin sonuna Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsiüzrə ilkin texniki-iqtisadi əsaslandırmanın tərtib ediləcəyigözlənilir. İlkin nəticələr onu deməyə əsas verir ki, layihəiqtisadi cəhətdən səmərəlidir.

Naxçıvan-Türkiyə üzrə elektrik enerjisinin ötürülməsi ilə bağlıilkin təhlillər aparılır və layihənin texniki parametrlərimüəyyənləşdirilir.

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə elektrikenerjisinin ötürülməsi layihəsi də hələ yeni elan olunub. Bunabaxmayaraq, bu istiqamətdə müəyyən təşkilatlanma, təssisatlanmaişləri aparılır. Digər layihələrdə aparılan işlərin oxşarını, yəqinki, bu marşrut üzrə də görəcəyik.

Mərkəzi Asiyaya elektrik enerjisinin ötürülməsi iləbağlı AİB və AİİB hər biri 1 milyon dollar olmaqla vəsaitayırıb

Mərkəzi Asiya ilə də elektrik enerjisinin ötürülməsi üçün artıqBakıda birgə müəssisə təsis olunub. Texniki-iqtisadiəsaslandırmanın hazırlanması üçün Asiya İnkişaf Bankı (AİB) vəAvropa Yenidənqurma və İnkişaf Bankı (AİİB) hər biri 1 milyondollar olmaqla vəsait ayırıb. Bununla da layihənin texniki-iqtisadiəsaslandırmasının nədən ibarət olacağı müəyyənləşdiriləcək. Onuntexniki tapşırığı tərəflər arasında razılaşdırılıb. Bank artıqlayihənin necə davam edəcəyi ilə bağlı məsləhətçiləri seçməküzərində işləyir.

“Deloitte” şirkəti ilə bərpa olunan enerjinin ixracının biznesmodelinin hazırlanması işlərini yekunlaşdırmaq üzrəyik. Bu biznesmodeli imkan verəcək ki, ölkəmizdə istehsal olunan bərpa olunanenerjinin Avropada istehlakçıya satılmasının bu stansiyalaraçəkilən xərci qarşılayıb-qarşılamayacağını, iqtisadi səmərəliolub-olmayacağını müəyyənləşdirək. Təhlillər göstərir ki, ölkəmizdəbərpa olunan enerji üzrə ixrac layihələri müəyyən şərtlər daxilindəiqtisadi cəhətdən səmərəlidir”.

Azərbaycanda bərpa olunan enerji layihələri üzrəyeni ərazilər müəyyənləşdirilib

Agentlik rəsmisi vurğulayıb ki, şəbəkəyə təsir baxımından ölkədəbərpa olunan enerji stansiyalarının paylanması çox vacibdir:

“Ölkə üzrə bir çox ərazilərdə belə stansiyaların qurulmasınəzərdən keçirilir. Biz ikinci mərhələdə Çin şirkətləri iləölkəmizdə bərpa olunan enerji istehsalını müzakirə edirik. Bumərhələdə biz ilk olaraq şəbəkəmizi öyrənməliyik. Bunun üçün Çininstitutlarından biri ilə müqavilə bağlanılıb və bu yaxınlardaişlərə başlanılacaq. İnstitut 2028-ci ildən sonra şəbəkədəkiməsələlərimizi modernləşdirib müəyyən təkliflər verəcək ki, şəbəkənə qədər elektrik enerjisi qəbul edə bilər və hansı gücləndirmətədbirləri lazımdır”.

Direktor onu da bildirib ki, elektrik enerjisinə tələbatınartması artıq qarşısıalınmaz xarakter alıb:

"Elektrik mühərrikli avtomobillərin dövriyyəyə girməsi,həyatımızın bir çox sahələrində elektrikləşmənin baş verməsi butələbatı istər-istəməz artırır. Bu tələbatın nə qədər artacağı,Azərbaycan sənayesi inkişafının nə qədər elektrik enerjisi tələbedəcəyi modelləşdirilməli, başa düşülməlidir.

Bütün bu tədbirlərdən sonra torpaq sahələrininmüəyyənləşdirilməsi məsələsi ortaya çıxır. Hazırda Füzulidə vəQaradağda yeni bir bərpa olunan enerji mənbələri (BOEM) layihəsininəzərdə tuturuq. 3-4 digər rayonumuzda da ilkin sahələrmüəyyənləşdirilib. Belə ki, Hacıqabul, İmişli və Kürədmirərazilərində yeni BOEM layihələri ilə bağlı planlarımız var. Yənihəmin zonalar da bərpa olunan enerji istehsalı üzrə potensialərazilər kimi müəyyənləşdirilib və müəyyən dəqiqləşdirmələrəehtiyac var. Qeyd edilən rayonlarda BOEM layihələri üzrə texnikipotensial var, onun iqtisadi potensiala çevrilib-çevrilməyəcəyi birçox məsələlərdən asılıdır. Orada digər layihələr nəzərdən keçiriləvə başqa iqtisadi fəaliyyət növləri üçün daha yararlı ola bilər.Həmçinin, orada nəqliyyat-logistika, eləcə də, şəbəkə məsələlərinəzərə alınmalıdır. Bütün bu məsələlər öyrənildikdən sonra yekunqərar qəbul edilməlidir”.

Dənizdə külək layihəsi ilə bağlı beş müxtəlif əraziseçilib

C.Abdullayev dənizdə külək enerjisi layihələrindən dədanışıb:

“Bu layihələr böyük həcmli bazarlar deməkdir. Xəzər dənizininAzərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texnikipotensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsuluhövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Külək enerjisinəpik tələbatımız 4,5 qiqavatt həcmindədir. Qoyuluş güclərimizinhəcmi isə bu göstəricini iki dəfə aşır. Ona görə də bu layihələrinhər biri ixrac üçün nəzərdə tutulmalıdır. Bunun üçün isə ixracmarşrutu olmalıdır.

Dənizdə külək layihəsi ilə bağlı əvvəlcə ərazi seçilməlidir.Dənizdə ərazinin seçilməsi qurudakına nisbətən çox çətindir. Ammabiz artıq bütün aidiyyəti qurumlarla dənizdə külək enerjisiistehsalı ilə bağlı ərazinin seçilməsini razılaşdırmışıq. Xəzərdənizinin Abşeron yarımadasının şimal hissəsində dənizdə küləkenerjisi istehsalı ilə bağlı beş müxtəlif ərazinimüəyyənləşdirmişik. Bu ərazilərdə ən azı 10-15 giqavatlıq stansiyatikmək olar. Hazırda həmin zonaların bərpa olunan enerji mənbələriərazisi kimi elan olunmasını gözləyirik. Bununla bağlımüraciətlərimizi də etmişik.

Daha sonra zəruri şəbəkə infrastrukturu (sahil infrastrukturu)quraşdırılmalıdır. Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurmavə İnkişaf Bankı (EBRD) bu istiqamətdə təhlillərin aparılması üçünbizə vəsait də ayırıb.

Külək turbinini dənizdə quraşdırdıqdan sonra istehsal ediləcəkelektrik enerjisini sahilə çıxarmaq üçün müəyyən ərazini təyinetmək lazım olacaq. Digər mühüm məsələ dənizdəki turbinlərinölçüsünün çox böyük olmasıdır. Hətta indi eksperimental 26meqavatlıq turbinlər haqqında danışırlar. Biz dənizdə küləyinsürətinin ölçmələrinə başlamışıq. Belə ki, hazırda Çin şirkətləriilə birlikdə ölçmələrlə bağlı müqavilə bazasını yekunlaşdırırıq vəölçmələrə start veririk. Yəni əvvəlcə dənizdə külək ölçülməlidir vəondan sonra ona uyğun külək turbinləri müəyyənləşdirilməlidir. Dahasonra turbinlərin çatıdırılması üçün logistik həllər təklifedilməlidir.

Hazırda ən böyük istəyimiz dənizdə külək enerjisi layihələrindəciddi irəliləyişə nail olmaqdır. Bu istiqamətdə çox böyük maraq vərəqabət hökm sürür”.

Hidrogen istehsalı ilə bağlı məsələlərdərinləşdirilib, bu istiqamətdə strateji sənədhazırlanır

C.Abdullayev qarşıdakı dövrdə təmsil etdiyi qurumun hədəfləriniaçıqlayıb:

“Ümumilikdə, 2030-cu ilə qədər elektrik enerjisi istehsalıgücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmaqəsas hədəflərimizdəndir.

Eyni zamanda, bildirmək istərdik ki, ilkin təhlillərimizəəsasən, hidrogen istehsalı ilə bağlı müəyyən addımlar atılıb. COP29zamanı Azərbaycanın hidrogen üzrə milli strateji baxış sənədinitəqdim etdik. İndi o məsələlər daha da dərinləşdirilir və stratejibaxış sənədi əsasında fəaliyyət planının hazırlanması üçün AvropaYenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən artıq tender elanedilib. Bu layihə üzrə məsləhətçi şirkət cəlb olunacaq.

Xüsusi olaraq qeyd etmək istərdim ki, bütün o interkonnektordediyim 4 layihədə hidrogen komponenti var. Bunlar öyrənilməlidirvə bununla bağlı müəyyən təkliflər verilməlidir. Hidrogenenerjisinin istehsal ediləcəyi ərazini müəyyənləşdirmək və H2valley klasterlərin yaratmaq məsələsinə AYİB layihəsi çərçivəsindəbaxılması nəzərdə tutulur. Bir kq hidrogen üçün təxminən 9 litriçməli su tələb olunur. Ona görə də yer seçimində bu amillərə nəzəryetirmək lazımdır”.

“Elektromobillik üzrə Milli Plan” 2025-ci ilinsonunadək qəbul edilə bilər

“Elektromobillik üzrə Milli Plan” artıq hazırlanıb və aidiyyətiqurumlarla razılaşdırılması başa çatmaq üzrədir. Elektromobillərinvə elektrik doldurma məntəqələrinin sayının sürətlə artımınınfövqündə bu sahəni tənzimləyəcək normativ-hüquqi bazanı mükəmməlbir vəziyyətə gətirmək istəyirik.

Elektrik mühərrikli avtomobillərdən istifadənin artması 2030-ciilədək olan milli prioritetlər sənədində də öz əksini tapıb. Buistiqamətdə “Elektromobillik üzrə Milli Plan”ın qəbulu üçün öztəkliflərimizi aidiyyəti qurumlarla razılşadırıb təqdim etmişik.Əlimizdən gələni edəcəyik ki, ilin sonunadək sözügedən proqramqəbul edilsin”, - deyə C.Abdullayev fikirlərini tamamlayıb.

Seçilən
8
1
az.trend.az

2Mənbələr