Azərbaycan cari mövsüm avrokuboklarda mübarizəyə 4 komanda ilə başlamışdı.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"dan sonra "Sabah" və "Araz-Naxçıvan" da mərhələ adlamağı bacarıb. Yalnız "Zirə" mübarizəni dayandırıb.
Bu ölkəmizin uefa reytinqinə də təsir edib.
Azərbaycan bu həftə Rusiyanı geridə qoyub və 28-ci yerə yüksəlib. Aktivimizdə 18.850 xal var. Bizdən bir pillə öndə olan Ukrayna 19.225 xala malikdir.
Bu mövsüm uğurlu çıxış etsək, sıralamada irəlimə şansısa malikik.
Qeyd edək ki, "Qarabağ" növbəti turda "Şkendiya" (Makedoniya), "Sabah" "Levski" (Bolqarıstan), "Araz-Naxçıvan" isə "Omoniya" (Kipr) ilə qarşılaşacaq.